Logo

İranda kəskin sel daşqınları bir neçə can aldı

İranda kəskin sel daşqınları bir neçə can aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İranın Kerman və Sistan-Bəluçistan əyalətlərinin müxtəlif şəhərlərində baş verən güclü yağış və sel daşqınları nəticəsində azı 3 nəfər həyatını itirib, 8 yaşlı bir qız isə itkin düşüb.

Sfera.az xəbər verir ki, ölkənin digər 7 əyalətində xilasedicilər kəskin yağıntı və sel daşqınlarına qarşı hazır vəziyyətə gətirilib.

Sistan-Bəluçistan Əyalətinin Böhranın İdarə Edilməsi Mərkəzinin rəisi Əlirza Şəhrəki bildirib ki, ölənlərdən ikisi Zahidan şəhərində yolların daşqınlar nəticəsində bağlanması və elektrik vurması nəticəsində, 3-cü şəxs isə yollarda xidməti vəzifəsini yerinə yetirərkən həyatını itirib.

Turan Rzayev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR