Logo

Rusiya Beynəlxalq Kosmik Stansiyanı tərk edir - Bu tarixdən sonra

Rusiya Beynəlxalq Kosmik Stansiyanı tərk edir - Bu tarixdən sonra
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya 2024-cü ildən sonra Beynəlxalq Kosmik Stansiyanı (BKS) tərk edəcək.

Sfera.az-ın məlumatına görə, bunu "Roskosmos" şirkətinin rəhbəri Yuri Borisov Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı elan edib.

O bildirib ki, bu müddətdən sonra Rusiya özünün orbital stansiyasını işə salmağı nəzərdə tutur. 2024-cü ilədək rusiyalı kosmonavtlar BKS-də adi rejimdə fəaliyyətlərini davam etdirəcəklər.

Qeyd edək ki, Beynəlxalq Kosmik Stansiya ABŞ Aerokosmik Agentliyi (NASA), "Roskomos", Avropa Kosmik Agentliyi (ESA) və Yaponiya ilə Kanadanın kosmik agentlikləri tərəfindən idarə olunur. Stansiyada 2001-ci ildən daimi əsasda kosmonavtlar fəaliyyət göstərir.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR