Yunanıstanda meşə yanğınlarını nəzarət altına almaq mümkün olmur
Yunanıstanın Evros bölgəsindəki Sofulu qəsəbəsində baş verən meşə yanğını hələ də nəzarət altına alına bilməyib.
Sfera.az xəbər verir ki, Yunanıstan Yanğınsöndürmə briqadasının sözçüsü Yiannis Artopios cümə axşamından bəri davam edən yanğının son dərəcə çətin olduğunu, lakin şimal-şərqdə daha müsbət mənzərənin göründüyünü bildirib.
Artopios 320 yanğınsöndürən və 68 yanğınsöndürən maşından ibarət komandanın xeyli sayda könüllü yanğınsöndürən, 6 yanğınsöndürmə helikopteri və 9 helikopterlə yanğını söndürmək üçün fasiləsiz çalışdıqlarını vurğulayıb.
Digər tərəfdən, Yunanıstanda günlərdir davam edən meşə yanğını Türkiyə-Yunanıstan sərhəd xəttində irəliləməkdə davam edir. Küləyin təsiri ilə zaman-zaman böyüyən alovlar Ədirnənin Meriç mahalının sərhəd kəndlərindən də görünüb. Yanğının davam etdiyi ərazi ilə üzbəüz yerləşən Meriçin Küplü qəsəbəsində yanğının böyüklüyü müəyyən edilib.
Turan Rzayev
Sfera.az