Logo

Konqresmenlər Zelenskiyə təkliflər verdi

Konqresmenlər Zelenskiyə təkliflər verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Amerikalı konqresmenlər Kiyevə səfər edib.

Sfera.az APA-ya istinadən bildirir ki, onlar Kiyevdə təkliflə çıxış edib.

ABŞ konqresmenləri belə qənaətə gəliblər ki, Vaşinqton silah tədarükünü əlaqələndirmək və izləmək üçün Ukraynaya hərbi və mülki müşavirlər göndərməlidir.

ABŞ Nümayəndələr Palatasının üzvləri Maykl Vals və Mika Şerrill bildirib ki, bu, ABŞ-ın silahın ünvana çatdığından əmin olması üçün yeganə yoldur.

Bundan əlavə, məsləhətçilərin digər sahələrdə də köməklik göstərə biləcəkləri vurğulanıb.

Konqresmenlər bildirib ki, nəzarət mexanizimində Amerika qoşunlarının Ukraynaya göndərilməsindən söhbət getmir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR