“Taxılın daşınması 9 ay çəkəcək“ - Ukrayna rəsmisi
Kateqoriya məlum deyil
"Limanları bağlanmasaydı, Ukrayna səkkiz-doqquz ay ərzində 60 milyon ton taxıl ixrac edə bilərdi, lakin Rusiyanın Odessa limanına zərbəsi onun o qədər də asan olmayacağını göstərdi".
Sfera.az “Reuters”ə istinadla xəbər verir ki, bunu Ukrayna prezidentinin iqtisadi müşaviri Oleq Ustenko bildirib.
O deyib: "Ukrayna 9,7 milyard avro qazana bilər. 40 milyon tonu yeni məhsuldan sataraq. Ümumi məhsul 60 milyon ton təşkil edir ki, bunun da 20 milyonu daxili istehlak üçün nəzərdə tutulub".






