Logo

Yaponiyanın ən aktiv vulkanı püskürməyə başladı - Video

Yaponiyanın ən aktiv vulkanı püskürməyə başladı - Video
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yaponiyanın cənub-qərbində, Kyuşi adasındakı Sakurajima dağı yenidən püskürməyə başlayıb. Püskürmə nəticəsində vulkanik süxurlar kraterdən 2,5 km radiusda səpələnib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ərazidə təhlükə səviyyəsi maksimuma yüksəlib.

Yaponiya Milli Meteorologiya İdarəsinin yaydığı məlumatda vulkan zonasında beş ballıq şkala üzrə üçüncü təhlükə səviyyəsinin olduğu bildirilir. Görüntülərdə Sakurajima kraterindən qalın tüstü çıxır. Püskürmənin nəticələri və tələfat barədə hələlik məlumat verilməyib.

Sakurajimadan 3 km məsafədə yerləşən və 11 nəfər əhalisi kənddə hazırda qismən evakuasiya işləri aparılır.

Qeyd edək ki, Sakurajima Yaponiyanın ən aktiv vulkanlarından biridir. Hündürlüyü təxminən 1,1 min metr olan dağda müntəzəm olaraq püskürmələr baş verir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR