Logo

Soçidə fövqəladə vəziyyət elan edildi

Soçidə fövqəladə vəziyyət elan edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Soçi şəhərinin rəhbərliyi bazar gününə keçə gecə şəhərdə baş verən güclü leysan yağışlarından sonra fövqəladə vəziyyət elan etmək qərarına gəlib.

Sfera.az xəbər verir ki, bu barədə Soçi administrasiyasının mətbuat xidməti məlumat yayıb.

İyulun 24-də Böyük Soçinin bütün ərazisində - Maqri - Veseloe hissəsində dənizdə tornadoların əmələ gəlməsi təhlükəsi olmaı ilə bağlı xəbərdarlıq edib. Fırtına xəbərdarlığı müddətində çimərliklərdə çimmək qadağandır.

Qeyd olunur ki, bütün şəhər xidmətləri gücləndirilmiş iş rejimində işləyir.

Məlumata görə, xilasedicilər Soçi sakinlərinə və qonaqlarına bütün lazımi ehtiyat tədbirlərini görməyi, həmçinin su yaxınlığında istirahətdən müvəqqəti imtina etməyi tövsiyə edir.

Bu arada şəhərin meri Aleksey Kopayqorodski bir gün əvvəl yağan leysan yağışlar səbəbindən bütün Soçidə fövqəladə vəziyyət elan olunduğunu bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR