Logo

İnsan beyninə daimi çip yeridildi - İlon Maskın beyin implantlarını qabaqlayır

İnsan beyninə daimi çip yeridildi - İlon Maskın beyin implantlarını qabaqlayır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nyu-Yorkda 48 yaşlı iflic xəstənin beyninə rəqəmsal cihazları telepatik yolla idarə etməyə imkan verəcək dörd santimetrlik çip yerləşdirilib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu, amiotrofik sklerozdan əziyyət çəkən və iflic olan bir şəxsə daimi beyin-kompüter interfeysinin ilk implantasiyasıdır.

İmplant “Neuralink”in rəqibi olan “Synchron” tərəfindən hazırlanıb.

Ekspertlərin fikrincə, cihaz artıq İlon Maskın beyin implantlarını qabaqlayır.

İmplantın interfeysində beyin fəaliyyətinə nəzarət edən və insanın nəyisə düşündüyü zaman neyronların fəaliyyətini qeydə alan 16 elektrod var. Çip xəstənin sinəsinə implantasiya edilmiş başqa bir cihaza birləşdirilir. Yeni texnologiya sayəsində insan beyindən gələn siqnalları kompüter və ya smartfon kimi rəqəmsal cihazlara ötürə və beləliklə, onları idarə edə biləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR