Logo

İranla məhkumların mübadiləsinə dair mübahisəli qanun layihəsi təsdiqləndi

İranla məhkumların mübadiləsinə dair mübahisəli qanun layihəsi təsdiqləndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Belçika parlamentinin üzvləri ötən gecə “İran İslam Respublikası ilə Belçika arasında məhkumların mübadiləsinə dair əməkdaşlıq müqaviləsi” qanun layihəsini təsdiqləyiblər.

Sfera.az xəbər verir ki, bu barədə “France-Press” agentliyi məlumat yayıb.

Məlumata görə, "bu qanun layihəsi lehinə 79, əleyhinə 41 və 11 bitərəf səs olmaqla, böyük səs çoxluğu ilə təsdiqlənib".

Qanun layihəsinin təsdiqinə qarşı çıxanların fikrincə, qanun layihəsi icra ediləcəyi halda terror əməliyyatları keçirməyi planlaşdırmaqda ittiham edilərək 20 il həbs cəzasına məhkum edilmiş iranlı diplomatın Tehrana qaytarılması üçün zəmin yaranacaq.

Turan Rzayev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR