Danimarka 1941-ci ildən bəri ən isti iyul gününü qeyd edir
Kateqoriya məlum deyil
Danimarkadakı istilər 81 il əvvəl, 1941-ci ilin iyulunda qeydə alınan temperatur rekordunu qırıb.
Sfera.az TASS-a istinadən xəbər verir ki, ölkənin Meteorologiya İnstitutu çərşənbə günü Yutlandiyanın qərbində temperaturun 35,6 dərəcəyə çatdığını bildirib.
Bütün Danimarka üçün mütləq rekord 1975-ci ilin avqustunda eyni yerdə, Yutlandiyanın qərb hissəsində, Holstebro şəhərində hərarətin 36,4 dərəcəyə qalxdığı vaxt qeydə alınıb.
Bütövlükdə iyul ayına gəlincə, ən isti ay 2006-cı ildə olub və o zaman ölkədə orta sutkalıq temperatur 19,8 dərəcə təşkil edib.






