ABŞ-dan YENİ İDDİA: “Rusiya 2014-cü il ssenarisini təkrarlamaq istəyir”

ABŞ-dan YENİ İDDİA: “Rusiya 2014-cü il ssenarisini təkrarlamaq istəyir”

Rusiyanın 2014-cü ildə Krımda istifadə etdiyi eyni üsullardan istifadə edərək Ukraynanın bəzi ərazilərini ilhaq etməyi planlaşdırdığı iddia olunub.



Sfera.az bildirir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi danışıb. O, Rusiyanın bunun üçün zəmin yaratmağa başladığını irəli sürüb. Qurum rəsmisi sentyabrda Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində ölkəyə birləşməsi üçün “saxta” referendumun keçirilə biləcəyini söyləyib:

 

“Heç kimi aldada bilməzlər. Vladimir Putin 2014-cü il ssenarisini yenidən həyata keçirməyə hazırlaşır. Rusiya Ukraynadakı işğal olunmuş ərazilərin idarəçiliyinə qanunsuz olaraq rusiyapərəst insanları gətirib. Bu şəxslər Rusiyanın ilhaqına zəmin yaradacaq referendumun hazırlanması ilə məşğul olurlar. Referendum nəticələri müstəqil Ukrayna ərazilərinin Rusiyaya birləşməsinə bəraət qazandıracaq. Lakin bu ölkə planlarını deşifrə edib. Dünya görəcək ki, ilhaq cəhdi əvvəlcədən düşünülmüş, qanunsuzdur”.

Rusiyanın işğal etməyi planlaşdırdığı bölgələrin Donetsk, Luqansk, Xerson və Zaporijjya olduğunu ifadə edən Kirbi, ABŞ və müttəfiqlərinin belə bir vəziyyətə tez reaksiya verəcəyinə söz verib: "Məcburi ilhaq BMT nizamnaməsinin ciddi şəkildə pozulması olardı və biz bunun şübhəsiz cəzasız qalmasına imkan verməyəcəyik".



Qeyd edək ki, Kreml Kirbinin açıqlamalarına hələ ki, cavab verməyib.



Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər ver...

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...