Paytaxtda fövqəladə vəziyyət elan olundu: İsti havalara görə

Paytaxtda fövqəladə vəziyyət elan olundu: İsti havalara görə

Londonda fövqəladə vəziyyət elan edilib.

Sfera.az bildirir ki, buna səbəb kimi hava temperaturunun həddən artıq yüksək olması göstərilib. Belə ki, Londonun qərbində yerləşən Hitrouda temperatur 40,2 dərəcə ilə rekord qırıb. Paytaxt yaxınlığındakı çəmənliklərdə və meşələrdə yanğınla 250 yanğınsöndürən mübarizə aparıb. London meri Sadiq Xan vəziyyətin “kritik” olduğunu deyib.

Qeyd olunub ki, Böyük Britaniyada isti dalğasının davam edəcəyi, hətta gecə temperaturunun 25 dərəcə civarında qalacağı və bu gündən etibarən temperaturun düşməyə başlayacağı gözlənilir. Meteorologiya Departamenti tarixində ilk dəfə olaraq ekstremal temperatur üçün qırmızı həyəcan səviyyəsinin keçdiyini açıqlayıb. Qırmızı xəbərdarlıq səviyyəsi o deməkdir ki, vətəndaşlara və infrastruktura geniş təsirlər gözlənilir və gündəlik rejimlərdə və iş şəraitində əhəmiyyətli dəyişikliklər tələb olunacaq.

Digər tərəfdən İngiltərədə məktəblər erkən bağlanıb, Milli Dəmir Yolları Şəbəkəsi vətəndaşları yalnız zəruri hallarda səyahət etməyə çağırıb. Meteorologiya Departamentinin xəbərdarlıq səviyyəsinə dair elanı ilə yanaşı, İngiltərə Sağlamlıq Təhlükəsizliyi Təşkilatı da dördüncü səviyyədə xəbərdarlıq edildiyini bildirib. Bu, "milli fövqəladə vəziyyət" kimi təsvir olunub. Səhiyyə naziri Steve Barclay, isti dalğası səbəbindən təcili yardım imkanlarının artırıldığını vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyada tarixin ən yüksək temperaturu 2019-cu ildə Kembricdə qeydə alınıb. Həmin vaxt havanın temperaturu 38,7 dərəcə olub.

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Ukrayna nə qədər əsgər itirib? - Zelenski məşhur nəşrin iddiasını YALANLADI

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə Ukraynanın əsgər itkisi ilə bağlı ABŞ-nin “The Wall Street Journal” nəşrinin iddialarını...

Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq

  İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası...

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər ver...

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...