Haluk Bayraktarın Rusiya ilə bağlı bu açıqlaması DÜNYA GÜNDƏMİNDƏ - VİDEO

Haluk Bayraktarın Rusiya ilə bağlı bu açıqlaması DÜNYA GÜNDƏMİNDƏ - VİDEO

Baykar Savunma" şirkətinin baş direktoru Haluk Bayraktar "CNN International"da proqrama qatılıb. 

 

Sfera.az xəbər verir ki, H.Bayraktarın açıqlamaları dünya gündəminə səs salıb.

 

"Rusiyaya Bayraktar PUA-ları satacaqsınızmı?" sualına Haluk Bayraktarın cavabı qəti olub:

 

“Rusiyaya "Bayraktar TB2"  satmamışıq, satmayacağıq da. Biz Ukraynanı dəstəkləyirik".

 

Baş direktor Türkiyə-Ukrayna münasibətləri ilə bağlı da danışıb:

 

“Türkiyə ilə Ukrayna arasında xüsusilə, aviasiya və müdafiə sahəsində strateji əlaqələr var. Türkiyə silahlı dron texnologiyası ilə Ukraynaya dəstək verir. Eyni zamanda, biz Ukraynadan PUA-lar üçün mühərriklər alırıq. Ukrayna ilə ikitərəfli qazanc münasibətləri inkişaf etdirmişik ki, bu da hər iki ölkəyə üstünlüklər verir. Rusiyaya heç bir şey göndərməmişik, Rusiyadan da tədarük etməmişik. Heç vaxt belə bir şey etmərik. Çünki biz Ukraynanın müstəqillik və suverenlik uğrunda müqavimətini dəstəkləyirik".

 

Qeyd edək ki, "Bayraktar TB2" PUA-ları müharibədə Ukraynanın müqavimətinin simvolu halına gəlib. Hətta "Bayraktar"a mahnı da həsr olunub.

 

 

Vəsilə İbrahim,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...

Prezident Sərəncam İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti, “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti və “...