Urmiya gölü ətrafında gərginlik səngimir
Dünya
14:31 / 19.07.2022
15570
İyulun 18-də İranın Kərəc və Gülüstan şəhərlərində milli fəallar Urmiya gölü ilə bağlı etiraz aksiyalarını davam etdirib, şəhərlərin küçələrində çox sayda vərəqələr yayıblar.
Sfera.az xəbər verir ki, "Burada 15 milyon nəfərin ölüm-dirim məsələsindən söhbət gedir", "Urmu gölü can verir, İran onun qətlinə fərman verir", "Azərbaycan Milli Hərəkatı-Tehran" yazılan vərəqələr hər iki şəhərin bütün bölgələrində yayılıb.
Xatırladaq ki, iyulun 16-da Urmiya gölünün vəziyyəti ilə bağlı keçirilən dinc aksiyalar zamanı onlarla dinc fəal həbs edilib. Onlardan bir neçəsi müvəqqəti olaraq girov qarşılığında azadlığa buraxılsa da, bir çoxu barəsində həbs qərarı çıxarılıb.
Turan Rzayev