"Taliban"dan qadınlara qəribə ÇAĞIRIŞ: "Bizə kişi tapın..."
Kateqoriya məlum deyil
"Taliban" rəsmiləri Əfqanıstanın Maliyyə Nazirliyində çalışan qadınlara qəribə xəbərdarlıq edib.
Sfera.az xəbər verir ki, xəbərdarlıq həm də rəsmi bəyanat kimi dərc olunub:
"İşinizi görmək üçün bizə kişi işçi tapın, sizi işdən çıxaraq. Çünki dövlətin rəsmi ofislərində işlər artıb" - deyə xəbərdarlıqda bildirilib.
Adının açıqlanmasını istəməyən əfqanıstanlı məmur qadın bu faktı təsdiqləyib:
"Bizə dedilər ki, iş ağırlaşıb. Ona görə də yerinizə qohum-əqrəbanızda sizin işlərinizi görə biləcək adamlar tapın".(publika.az)






