“Səssiz qatil” Avropada mindən çox can aldı – Anomal istilərin qurbanları arta bilər

“Səssiz qatil” Avropada mindən çox can aldı – Anomal istilərin qurbanları arta bilər

Bu il mövsümi normalardan xeyli yüksək olan istilər nəticəsində həyatını itirənlərin sayı mini ötüb.

Sfera.az xəbər verir ki, İspaniya və Portuqaliyada 1027 nəfərin öldüyü açıqlanıb. İngiltərə Sağlamlıq Təhlükəsizliyi Təşkilatı fövqəladə vəziyyət hesab edilən dördüncü səviyyədə həyəcan siqnalı verdiyi üçün ölkədəki məktəblər və sağlamlıq mərkəzləri bağlanıb. Milli Dəmir Yolları Şəbəkəsi vətəndaşları yalnız zəruri hallarda səyahət etməyə çağırıb. Havanın temperaturunun 40 dərəcəni keçdiyinə görə ölənlərin sayının artmasından narahat olan səhiyyə işçiləri insanlardan zəruri olmadıqca çölə çıxmamağı xahiş edib.

 

Elm adamları son bir neçə gündə qeydə alınan yüzlərlə ölümü iqlim dəyişikliyi səbəbindən artan temperaturla əlaqələndirib və "səssiz qatil" adlandırdıqları isti dalğanın həssas insanlara təsir edəcəyini vurğulayıblar.

 

Digər tərəfdən Britaniyanın bu gün ölkə tarixinin ən isti gününü yaşamağa hazırlaşdığı qeyd olunub. Gün ərzində temperaturun 41 dərəcəyə çatacağı bildirilib. Meteorologiya Departamenti bazar ertəsi və çərşənbə axşamı ekstremal temperaturlarla bağlı xəbərdarlıq edib. İsti dalğanın cənub-şərqdə Londondan şimalda York və Mançesterə qədər bütün İngiltərədə, o cümlədən Uels və Şotlandiyanın bəzi hissələrində hiss olunacağı gözlənilir.

 

Qeyd edək ki, Fransa, Portuqaliya, Yunanıstan və Xorvatiyada meşə yanğınları hələ də davam edir. Meteoroloqlar isti dalğasının gələn həftə də müşahidə ediləcəyini, bunun Almaniya və Belçika kimi digər Avropa ölkələrinə də təsir edəcəyini açıqlayıblar.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...

Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı oldu

Bakının Binəqədi rayonunda antiterror şəhidi polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub.   Sfera.az xəbər verir ki, tədbirdə Bin...