Logo

Hava limanında təyyarələr toqquşub, ölənlər var

Hava limanında təyyarələr toqquşub, ölənlər var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərindəki Harri Rid beynəlxalq hava limanında iki təyyarə toqquşub.

Bu barədə Sfera.az “Fox News” telekanalına istinadən xəbər verir.

Telekanalın yerli bölməsinin polisə və yerli aviasiya departamentinə istinadən verdiyi məlumata görə, hadisə zamanı təyyarələrin göyərtəsində olan insanlar həlak olub.

“Fox News” qeyd edib ki, ölənlərin dəqiq sayı hələ məlum deyil. Təyyarələr toqquşduqdan sonra yanıb.

“Associated Press” agentliyi isə xilasetmə xidmətindəki mənbələrə istinadən qəza zamanı 4 nəfərin həlak olduğunu xəbər verib.

Ölənlərin şəxsiyyətləri və qəzanın başvermə səbəbləri barədə məlumat verilmir

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR