Logo

Sudanda etnik toqquşmalar zamanı onlarla insan öldü

Sudanda etnik toqquşmalar zamanı onlarla insan öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sudanın cənubundakı Mavi Nil əyalətində Berta və Hausa xalqlarının nümayəndələri arasında toqquşmalarda onlarla insan həlak olub.

Sfera.az bu barədə “Associated Press”ə istinadən xəbər verir.

Toqquşmalarda azı 65 nəfərin həlak olduğu deyilir. Yerli tibb xidmətlərinin məlumatına görə, ölənlərin əksəriyyəti gənclərdir.

Həmçinin 150-yə yaxın insan yaralanıb.

Əyalətdə qarşıdurmalar ötən həftə yerli fermerin öldürülməsindən sonra başlayıb. Sudan hökuməti asayişi bərpa etmək üçün bölgəyə hərbiləşdirilmiş çevik dəstək qüvvələri göndərib.

Bölgədə qarşıdurmalar başlayandan minlərlə insan evlərini tərk edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR