Logo

Çavuşoğlu: "Türkiyəsiz sülh mümkün deyil"

Çavuşoğlu: "Türkiyəsiz sülh mümkün deyil"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Türkiyədə 15 İyul 2016-cı ildə baş verən dövlət çevirilişi cəhdindən cəmi ay yarım sonra “Fırat Qalxanı” (Suriyada - red.) əməliyyatına başladıq. Afrikadan Qafqaza, Qara dənizdən Aralıq dənizinə qədər geniş bir coğrafiyada əvvəllər olmadığımız qədər aktivləşdik”.

Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Alaniyada “15 iyul - Demokratiya və Milli Birlik Günü” bayramına həsr olunmuş çıxışı zamanı deyib.

Çavuşoğlu qeyd edib ki, artıq bu coğrafiyalarda Türkiyənin iştirakı olmadan sülh və sabitlikdən danışıla bilməz: “Bunu ən son Ukrayna böhranında görürsüz. Həm müharibənin dayandırılması, həm də ərzaq böhranının aradan qaldırılması üçün ən önəmli aktor Türkiyədir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR