İlon Maskın atasının ögey qızından övladı dünyaya gəldi - FOTOLAR

İlon Maskın atasının ögey qızından övladı dünyaya gəldi - FOTOLAR

İlon Maskın atası Errol Maskın özündən 41 yaş kiçik ögey qızı Ceyn Bejaudinhautdan övladının olduğu ortaya çıxıb.

 

Sfera.az xəbər verir ki, bu xəbər ABŞ mətbuatını silkələyib.

 

Məlumata görə, bu, cütlüyün ikinci övladıdır. İlk övladları qızdır, 2017-ci ildə doğulub və onu Elliot Raş adlandırıblar. İkinci uşaq isə 2019-cu ildə dünyaya gəlib. Onun adının nə olduğu açıqlanmayıb.Cütlük ikinci uşağı mediadan 2 il gizləyə bilib. 

 

Ata Errol Mask bildirib ki, ikinci uşaq planlı olmayıb. Artıq onlar Ceynlə birlikdə də deyillər, bu, məntiqli deyil, çünki aralarında 41 yaş fərq var.

 

Lakin 76 yaşlı Errol Mask yenidən ata olmağa soyuq baxmadığını və daha çox uşaq sahibi olmaq istədiyini də xüsusilə vurğulayıb.

 

Qeyd edək ki, Ceyn Bejaudinhaut Errol Maskın ikinci dəfə evləndiyi Heydi Bejaudinhautun qızıdır. Bir müddət əvvəl oğul Maskın da şirkətlərində çalışan bir qadından nikahdankənar övladının olduğu üzə çıxmışdı.

 

Vəsilə İbrahim,

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Putin Paşinyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Sfera.az&nbs...

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...