Logo

Bu ölkədə eks-prezidentin oğlu GÜLLƏLƏNDİ - FOTO

Bu ölkədə eks-prezidentin oğlu GÜLLƏLƏNDİ - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mərkəzi Amerika ölkəsi Hondurasda keçmiş prezident Porfirio Lobonun oğlu da daxil olmaqla 4 nəfər silahlı hücumda həyatını itirib.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Tequsiqalpada gecə klubundan çıxan 4 nəfər hücuma məruz qalıb.

Ölənlərdən birinin keçmiş prezident Lobonun 19 yaşlı oğlu Səid Lobo Bonilla olduğu bildirilib.

Təhlükəsizlik kameralarına əks olunan qeydlərdə dəbilqəli və uniformalı təcavüzkarların silah gücünə 4 nəfəri avtomobildən çıxardıqları görünür.

Xəbərdən sonra hadisə yerinə gedən polis 4 nəfərin öldüyünü təsdiqləyib.

Hücumla bağlı hərtərəfli istintaq başladılıb.

Bu ölkədə eks-prezidentin oğlu GÜLLƏLƏNDİ - FOTO

Bu ölkədə eks-prezidentin oğlu GÜLLƏLƏNDİ - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR