Logo

“Həyat yoldaşım xəstədir, istefa verirəm...” – Belçika XİN rəhbəri

“Həyat yoldaşım xəstədir, istefa verirəm...” – Belçika XİN rəhbəri
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Belçika Baş nazirinin müavini və Xarici İşlər Naziri Sofi Vilmes istefa verib.

Sfera.az bildirir ki, buna səbəb həyat yoldaşının xəstəliyi olub. Belə ki, nazirin həyat yoldaşı Kristofer Stouna aprel ayında aqressiv beyin şişi diaqnozu qoyulub.  Müvəqqəti istefa verdiyini deyən Vilmes nəhayət, son qərarını ictimaiyyətə açıqlayıb.

"Həyat yoldaşımın xəstəliyi çətin mübarizə tələb edir. Bu prosesdə ona və övladlarıma dəstək olmaq istəyirəm, amma hökumətdəki vəzifələrim buna imkan vermir”.

Belçikanın Baş naziri Aleksander De Croo, xarici işlər nazirini itirdiyinə görə təəssüflənsə də, Vilmesin seçiminə heyranlığını ifadə edib.

"Kristoferlə mübarizənizdə arxanızdayıq", deyə De Croo “Twitter” hesabındakı paylaşımı ilə ona dəstək olub. Qeyd edilib ki, Liberal İslahat Hərəkatı Partiyasından olan Vilmes seçkilərə qədər parlament üzvü olaraq qalacaq.

Xatırladaq ki, 47 yaşlı Sofi Vilmes daha əvvəl Belçikanın ilk qadın baş naziri olub.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR