İrəvan hava limanında MİNA HƏYƏCANI
Kateqoriya məlum deyil
Ermənistanın paytaxtı İrəvandakı Zvartnots hava limanının minalanması barədə məlumat daxil olub.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.
Xəbərdarlıq barədə məlumat bu gün saat 19:19-da daxil olub. Bundan sonra yanğınsöndürən-xilasedicilərdən ibarət qruplar, mühəndis dəstəsi və tibb briqadası hadisə yerinə gedib.
Ətraflı məlumat verilməyib.
Qeyd edək ki, iyunun 8-də də Zvartnots hava limanına bomba qoyulması barədə məlumat yayılmışdı.






