Oğlunun telefonundan sızan məlumatlar Baydenin sonunu gətirir – İstefa verəcək?

Oğlunun telefonundan sızan məlumatlar Baydenin sonunu gətirir – İstefa verəcək?

ABŞ prezidenti Co Bayden oğlunun telefonundan sızdığı iddia edilən məlumatlarla bağlı problem yaşayıb.

Sfera.az bildirir ki, səssizliyini qoruyan Ağ Ev rəhbərinin hansı addımı atacağı isə maraq doğurub.

 

Yerli mətbuat Baydenin iki yolunun olduğunu qeyd edib - istefa vermək və ya növbəti seçkiləri gözləmək. Bu fonda “The New York Times” qəzetinin dərc etdiyi yazı diqqət çəkib.

 

ABŞ-da keçirilən sorğunun nəticələrinin yer aldığı xəbərdə demokratların əksəriyyətinin Baydenin ikinci müddətə namizəd olmasını istəmədiyi bildirilib. Sorğunun nəticələrinə görə, demokrat seçicilərin 64 faizi partiyanın 2024-cü il prezident seçkilərində yeni namizədlə iştirakını istəyir.

 

Digər tərəfdən, ABŞ seçicilərinin yalnız 13 faizi ölkənin düzgün yolda olduğunu düşünür. Qeydiyyatdan keçmiş seçicilərin dörddə üçündən çoxu ABŞ-ın yanlış istiqamətdə irəlilədiyi fikrindədir. Seçicilər bu qərara səbəb kimi iqtisadiyyat və inflyasiya ilə bağlı narahatlıqları göstəriblər. Səhnə arxasında isə vitse-prezident Kamala Harrisin Baydenin yerinə namizəd ola biləcəyi barədə danışılır.

 

Xatırladaq ki, ötən günlərdə ABŞ prezidenti Co Baydenin oğlu Hanter Baydenin iCloud hesabının parolu sındırılıb, “iPhone” və “iPad”dən məlumatlar sızdırılıb. Sözügedən məlumatlar sırasında Hanter Baydenin yetkinlik yaşına çatmayan qızlarla uyğunsuz fotoşəkilləri, o cümlədən atasının adını “pedofil Piter” kimi qeyd etməsi, narkotik və silah istifadəsi ilə bağlı  yazışmalar və görüntülər yer alıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR