“Rusiya son variantda Qazaxıstanda rusları ayağa qaldıracaq” - Politoloq

“Rusiya son variantda Qazaxıstanda rusları ayağa qaldıracaq” - Politoloq

“Rusiyanın Qazaxıstan neftinin daşınmasının qarşısını almaq üçün Transxəzər və Azərbaycan üzərindən müəyyən siyasi təzyiqlərə əl atması mümkündür”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O xatırladıb ki, Qazaxıstan öz neftinin Avropaya ixracını Rusiya ərazisindən nəql edir və Moskva hazırda bu istiqamətdə ciddi problemlər yaradıb:

 

“Yalnız əlverişli alternativ marşrutu olan Azərbaycan üzərindən neft ixracı Qazaxıstan üçün prioritet təşkil edir. Bununla əlaqədar prezident Tokayev tapşırıqlar verib. Hazırda Mərkəzi Asiyada problemlər dərinləşir və bu böhranının başında Kreml dayanır. Qazaxıstana ciddi təzyiqlər, Özbəkistanda Qaraqalpaqıstan böhranı, Qırğızıstana Tacikistan tərəfindən silahlı hücumlar məhz Moskvanın bu regionu güzəştə getməyəcəyi mesajını verir”.

 

Müsahibimiz bildirib ki,  Rusiyanın Ukraynada siyasi-hərbi məğlubiyyəti qaçılmazdır və bundan sonra,  proseslər  Mərkəzi Asiyanın strateji cəhətdən güclənməsinə gətirəcək:

 

“Transxəzər boru kəməri çəkilməklə Qazaxıstan, Özbəkistan və Türkmənistanın neft-qaz ixracı Azərbaycan üzərindən Qərbə ixrac ediləcək. Proses gedir və Kremlə qarşı ciddi təzyiqlər həyata keçirilir. Qeyd edim ki, Türkiyənin Ermənistanla yaxınlaşması və Azərbaycanla sülhün əldə edilməsi istiqamətində aparılan danışıqlar ümumi prosesdir və nəticədə strateji planda Moskva məğlub olacaq. Rusiyanın son variantda Qazaxıstanda rusları və yenidən Özbəkistanda Qaraqalpaqıstanı ayağa qaldırması mümkündür”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR