Türkiyədə israillilərə qarşı terror törətmək istəyən ETTELAAT üzvünün görüntüsü yayıldı

Türkiyədə israillilərə qarşı terror törətmək istəyən ETTELAAT üzvünün görüntüsü yayıldı

Türkiyədə İsrail vətəndaşlarını hədəfə almaq istəyən İran terror qrupunun 8 üzvünün həbsindən təxminən üç həftə sonra Türkiyənin "Sabah" qəzeti İstanbulda həmin iranlı sui-qəsdçilər haqqında yeni təfərrüatlar və fotolar dərc edib.

Sfera.az xəbər verir ki, İranın terrora məruz qoymaq istədiyi İsrailin İstanbuldakı konsulunun və bu əməliyyatda istifadə olunacaq tapançanın görüntüsü yayılıb.

 

Qəzetin yazdığına görə, İranın Kəşfiyyat Nazirliyinə (ETTELAAT) bağlı həmin şəxslər müxtəlif vaxtlarda İstanbula gələrək bir-biriləri ilə görüşüblər.

 

Türkiyə mətbuatının məlumatına əsasən, İranın İsrail vətəndaşlarına qarşı sui-qəsd törətmək üçün terror komandası göndərməsi İranda baş verən bir neçə qətl hadisəsindən sonra baş verib. Bunlardan sonuncusu isə SEPAH-ın yüksək rütbəli komandanlarından biri olan Həsən Səyyad Xudayinin öldürülməsi olub.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR