Logo

General Xaçaturovun oğlu azadlığa buraxıldı

General Xaçaturovun oğlu azadlığa buraxıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Həbs edilən Ermənistanın sabiq Baş Qərargah rəisi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov 1 milyon dram (təxminən 2,4 min dollar - Red) girov müqabilində azadlığa buraxılacaq.

Sfera.az xəbər verir ki, bu barədə onun vəkili Mihran Poqosyan məlumat verib.

Poqosyan qeyd edib ki, məbləğ artıq ödənilib, hazırda müdafiə tərəfi ödənişlə bağlı sübutların təqdim edilməsi üçün cəzaçəkmə müəssisəsinə gedib.

Xaçaturov İrəvandakı etiraz aksiyaları zamanı narkotik vasitələrin təsiri altında polisə şiddət tətbiq etməkdə ittiham olunurdu və onun barəsində Ermənistan Cinayət Məcəlləsinin 316.1-ci maddəsi ilə iş açılmışdı.

Belə ki, İ. Xaçaturov mayın 17-si Ermənistan müxalifətinin təşkil etdiyi etiraz aksiyası zamanı polisin tələblərinə riayət etməmiş və polis əməkdaşına yumruq zərbələri endirmişdi.

Həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı qərar İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Tatevik Qriqoryanın sədrliyi ilə keçirilən iclasında qəbul edilib. (Milli.Az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR