Toqoda partlayış - 7 uşaq öldü
Kateqoriya məlum deyil
Afrika qitəsində yerləşən Toqo Respublikasının şimalındakı Natiqu şəhərində əldəqayırma bombanın partlaması nəticəsində azı 7 uşaq həlak olub.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Savan bölgəsinin səlahiyyətliləri məlumat verib.
Bildirilib ki, yeddi ölü ilə yanaşı, daha iki nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.






