Bodrumda meşədə yanğın başlaydı
Kateqoriya məlum deyil
Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda meşə yanğını başlayıb.
Sfera.az türk mətbuatına istinadən xəbər verir ki, yanğınsöndürmə xidmətinin qurudan və havadan müdaxiləsi nəticəsində yanğın nəzarətə alınıb.
Yanğın başlayandan sonra bölgəyə 7 təyyarə, 6 helikopter, həmçinin 20-dən çox xüsusi texnika cəlb edilib.
Yanğının baş vermə səbəbi hələ ki, məlum deyil.






