Türkiyə terrorçulara dronlarla ağır zərbə vurdu - VİDEO
Kateqoriya məlum deyil
Türkiyə İraqın şimalındakı Qəndil bölgəsində terrorçulara zərbə vurub.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Yayımlanan videoda zərbələrin "Akıncı" və "Bayraktar TB2" pilotsuz uçuş aparatları ilə endirildiyi görünür.
Zərbələr nəticəsində 2 terrorçunun zərərsizləşdirildiyi qeyd olunub.
"Əməliyyatlarımız sürəti azaltmadan davam edəcək", - deyə Nazirlik bildirib.






