Logo

Saakaşvilinin meyitdən fərqi yoxdur, sanki bu dəqiqə öləcək - Vəkili

Saakaşvilinin meyitdən fərqi yoxdur, sanki bu dəqiqə öləcək - Vəkili
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin vəkili onun səhhəti barədə son açıqlama verib.

Sfera.az bakupost-a istinadən xəbər verir ki, eks-prezidentin vəkili Şalva Xaçapuridze onun vəziyyətini ölü ilə müqayisə edib.

O, bildirib ki, siyasətçinin səhhəti çox ağırlaşıb:

“Saakaşvili çox ağır durumdadır. Üzü göyərib, əlləri gücsüzdür. Üzünə baxanda sanki meyitdir. Elə bil ki, 2-3 gün qabaq ölmüş insanın simasıdır. Çox ağır durumdadır. Onun xəstəlikləri Gürcüstanda müalicə oluna bilməz”.

Vəkil Saakaşvilinin cəzasının həkimlər qəti rəy verənə qədər təxirə salınmasının vacibliyini qeyd edib: “Onun üçün xüsusi yer lazımdır ki, o müalicə olunsun”.

Hazırda Saakaşvili may ayından köçürüldüyü özəl klinikada yatır. Amma səhhətində irəliləyiş yoxdur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR