Logo

Toyda bəyə ürək HƏDİYYƏ ETDİLƏR 

Toyda bəyə ürək HƏDİYYƏ ETDİLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İtaliyada ölüm ayağında olan 47 yaşlı kişiyə ürək hədiyyə edilib.

Sfera.az xarici mediaya istinadla bildirir ki, hadisə Turin şəhərində baş verib.

Məlumata görə, 47 yaşlı Mauritsio Kalorio və onun 42 yaşlı sevgilisi Silvia Duka 6 ildir sevgili imişlər. Onların hətta bir qızı da var. Cütlük evlənməyə qərar versələr də, Kalorionun infarkt keçirməsi səbəbilə evlilik təxirə salınıb. Həkimlər nə qədər donor ürək tapmağa çalışsalar da, bu mümkün olmayıb. Bu səbəbdən cütlük elə xəstəxanada toy mərasimi təşkil edib.

Sonra onlar sürprizlə qarşılaşıb. Neapol şəhərində Kalorio üçün donor ürək tapılıb və o, xüsusi reyslə Turin şəhərinə gətirilib. Xəstəyə 7 saatlıq əməliyyatdan sonra ürək transplantasiyası həyata keçirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR