Logo

Rusiyada meşə yanğınları genişlənir: Bəzi ərazilərdə fövqəladə rejim elan olundu

Rusiyada meşə yanğınları genişlənir: Bəzi ərazilərdə fövqəladə rejim elan olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Xabarovsk diyarında meşə yanğınlarının genişlənməsi ilə əlaqədar fövqəladə rejim tətbiq edilib.

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, diyarın qubernatoru Mixail Deqtyarevin sözlərinə görə, 6 bələdiyyə ərazisində meşə yanğınları ilə bağlı çətin vəziyyət yaranıb.

Deqtyarev vurğulayıb ki, yaxın günlərdə Rusiyanın bu regionunda yağış gözlənilmir və buna görə də əhalinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görmək lazımdır. Qubernator bildirib ki, Xabarovskda son bir ildə yanğınsöndürmə texnikasının sayı artırılıb, bölmələrdə 100-dən çox yanğınsöndürən cəmlənib.

Xatırladaq ki, bundan əvvəl Yakutiya ərazisində meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib. Regionun 10 rayonunda yüksək yanğın təhlükəsi sinfi müəyyən edilib.

Hakimiyyət hesab edir ki, fövqəladə vəziyyət yanğınları söndürmək və yanğının pik həddinə hazırlaşmaq üçün digər regionlardan əlavə resurslar cəlb edə bilər.

Vasif
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR