Logo

Putin və Zelenski eyni tədbirə dəvət olundular – Görüşəcəklər?

Putin və Zelenski eyni tədbirə dəvət olundular – Görüşəcəklər?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

G-20 ölkələrinin növbəti toplantısı 15-16 noyabr 2022 tarixində İndoneziyada keçiriləcək. Toplantıya Ukrayna Prezidenti Volodimir Zelenski də qonaq kimi dəvət edilib. Tədbirdə Putinin də G-20 üzvü kimi iştirakı nəzərdə tutulur.

Maraqlıdır, qeyd olunan tarixdə iki ölkə başçısının görüşü baş tutacaq?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Turab Rzayev deyib ki, Putinin noyabr ayında G-20 toplantısında iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.

“Məsələ ondadır ki, Kreml Ukrayna ilə münasibətləri normallaşdırmağa tələsmir. Rusiya bu məsələdə gözləmə mövqeyində qalacaq. Prinsip etibarilə, bu gün G-20 ölkələri arasında heç də hər kəs Rusiyaya qarşı deyil. Səudiyyə Ərəbistanı, Çin, Hindistan, Braziliya, Türkiyə buna misal ola bilər. Putin hiss etsə ki, görüş zamanı ona qarşı provakasiyalar olacaq, bu halda tədbirə qatılmaya bilər. Bütün hallarda hər şey tədbirə ev sahibliyi edəcək ölkədən asılı olacaq. 30 iyunda da İndoneziya prezidenti Moskvada Putinlə görüşərək Zelenskinin məktubunu Rusiya prezidentinə verdiyini açıqlayıb. Göründüyü kimi, İndoneziya bu görüşün keçirilməsində maraqlıdır”.

Ekspertin sözlərinə görə, müharibənin qış aylarına qədər uzanması Kremlin beynəlxalq vəziyyətini düzəldə bilər:

“Qərbin enerji asılılığını nəzərə alsaq, müharibənin uzanması bəzi Avropa ölkələrinin Rusiya ilə münasibətləri normallaşdırması ilə nəticələnə bilər. Anqlosakson blokunun Kiyevə dəstəyinin azalması isə prosesi Moskvanın lehinə dəyişə bilər”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR