Logo

İşğaldan azad edilən adada Ukrayna bayrağı QALDIRILDI

İşğaldan azad edilən adada Ukrayna bayrağı QALDIRILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Zmeyinı adası rəsmən Ukraynanın yurisdiksiyasına qaytarılıb.

Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk bildirib.

“Zmeyinı adasında Ukrayna bayrağı qaldırılıb. Hərbi əməliyyat başa çatıb və hazırda ərazi Ukraynanın yurisdiksiyasına qaytarılıb”, - deyə o qeyd edib.

UNİAN-ın xəbər verdiyi kimi, 2022-ci ilin fevralında genişmiqyaslı işğalın ilk günlərində rusiyalı hərbçilər Ukraynanın Qara dənizdəki Zmeyinı adasını ələ keçirmişdilər.

İyunun 30-da isə Rusiya öz qoşunlarının Zmeyinı adasından çıxarılmasını təsdiqləyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR