Logo

Pul əvəzinə qarpız verib ev alırlar - Texnologiya nəhəngi olan ölkədə MARAQLI KAMPANİYA

Pul əvəzinə qarpız verib ev alırlar - Texnologiya nəhəngi olan ölkədə MARAQLI KAMPANİYA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çin hökumətinin daşınmaz əmlak sektoruna tətbiq etdiyi kredit məhdudiyyətləri şirkətlərin işini çətinləşdirib.

Sfera.az xəbər verir ki,  borc problemi ilə mübarizə aparan bəzi daşınmaz əmlak şirkətləri alıcıları cəlb etmək üçün maraqlı üsullara əl atıblar.

Şirkətlər mənzillərin ilkin ödənişi kimi sarımsaq və buğda kampaniyası həyata keçirib. 30 gün davam edən sarımsaq kampaniyasında 30 ev satılıb.

Son günlərdə Nankin şəhərində bir daşınmaz əmlak şirkəti qarpız və şaftalı kampaniyasına start verib. Kampaniyaya əsasən ev almaq istəyən fermerlər ilkin ödənişini qarpız və ya şaftalı ilə ödəyə biləcəklər.

Ölkədə mənzil satışı yavaşlayan iqtisadiyyatın və sektorda ağır borc yükünün mənfi təsiri altındadır. Belə ki, may ayında ölkədə mənzil satışı əvvəlki illə müqayisədə 31,5 faiz azalıb.

Bu gün Çində "Shimao" adlı daşınmaz əmlak şirkətinin təxminən 1 milyard dollarlıq istiqrazın faiz və əsas borcunu ödəməməsi səbəbindən defolta getdiyi açıqlanıb.

Vəsilə İbrahim

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR