Logo

Putin Ukraynanın Lisiçansk şəhərini işğal edən generallara Rusiya Qəhrəmanı adı VERDİ

Putin Ukraynanın Lisiçansk şəhərini işğal edən generallara Rusiya Qəhrəmanı adı VERDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Hərbi Dairənin komandanı, general-polkovnik Aleksandr Lapin və Cənub Hərbi Dairəsinin 8-ci ordu komandanını müavini Əsədulla Abaçevə Rusiya Qəhrəmanı adını verib.

Sfera.az xəbər verir ki, Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı bu gün sərəncam imzalayacağını bildirib.

“Mərkəzi Hərbi Dairəsinin komandiri, general-polkovnik Lapinə və Cənub Hərbi Dairəsinin 8-ci ordu komandirinin müavini general-mayor Abaçevə Rusiya Qəhrəmanı adının verilməsi təklifinizlə razıyam. Prezidentin müvafiq sərəncamı bu gün imzalanacaq”, - Putin bildirib.

Qeyd edək ki, dünən general-polkovnik Aleksandr Lapinin komandanlığı altında yerləşən Mərkəz Hərbi Dairəsinin qüvvələri Cənub Hərbi Dairəsinin qüvvələri ilə birlikdə Lisiçanskı işğal edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR