“Ruslar Ukraynadakı itkilərin hesabını soracaqlar...” - Açıqlama

“Ruslar Ukraynadakı itkilərin hesabını soracaqlar...” - Açıqlama

“Gün gələcək ki, Rusiyada Ukraynadakı itkilərinin hesabını soracaqlar - müharibənin səbəb və nəticələrini ciddi müzakirə edəcəklər”.

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bunun indi mümkün olmayacağını vurğulayıb:

 

“İndi tabu var, müzakirə edəni uzunmüddətli həbs gözləyir. Ancaq hesab sorulacaq gün uzaqda deyil. İkinci Çeçen müharibəsindəki bir nümunəyə müraciət edək. 2000-ci ilin martın 2-də Rusiyanın Pskov desantçılarına Çeçenistanın dağ kəndlərindən birinin yolunu nəzarətə götürmək tapşırığı verilir. Rus desantçılar bu tapşırığı yerinə yetirməyə macal tapmamış qarşılarında minlərlə çeçen döyüşçünü görürlər. Atışma başlayır, nəticədə 84 rus hərbçisi öldürülür. Rusiyada 20 ildir həmin desantçıları xatırlayır, hərbi komandanlığın yanlış olaraq desantçıları minlərlə çeçenlə üz-üzə qoyduğunu yazırlar”.

 

Politoloq əlavə edib ki, Rusiya 20 il əvvəl Çeçenistanın həmin dağ kəndində itirdiyindən də çox döyüşçünü bəlkə də hər gün Ukraynada itirir, ancaq bu barədə hələ danışmırlar:

 

“Real statistikanı dərc etmirlər. Ancaq Rusiya cəmiyyəti və ekspertləri necə ki, 20 il əvvəl döyüşdə öldürülən Pskov desantçılarını xatırlayır, Ukraynada itirdikləri on minlərlə döyüşçüsünü uzun illər xatırlayacaqlar. Hazırkı miqyas daha dəhşətlidir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Qəzza ilə bağlı danışıqlar davam etdiriləcək

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən komandasına Qətərdə Qəzza zolağında vəziyyətin nizamlanması və girovların azad edilməsi ilə bağ...

ABŞ-də avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı hotelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şə...

Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu gün Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hoteli...

Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü

Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.   Sf...

İlon Mask FTB-də islahatların zəruri olduğunu açıqladı

Amerikalı iş adamı İlon Mask FTB-də ciddi islahatların aparılmasının zəruri olduğunu bildirib.   Sfera.az xəbər verir ki, iş adamı bu barədə “X...

Avropada qazın qiyməti ən yüksək həddə çatdı

Bu gün Avropa ölkələrində qazın qiyməti 2023-cü ilin oktyabrından bu yana ən yüksək həddə çatıb.    Sfera.az xəbər verir ki, bu barədə “Bl...