Logo

ABŞ Baş Qərargah rəisindən MÜHÜM AÇIQLAMA  

ABŞ Baş Qərargah rəisindən MÜHÜM AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Baş Qərargah rəisi Mark Milleyin Çinlə bağlı son açıqlaması diqqət çəkib.

Sfera.az bildirir ki, o, sözügedən ölkənin Tayvana hücum etmək qabiliyyətini açıq şəkildə təkmilləşdirdiyini söyləyib. Qısa müddətdə hücum ehtimalını görmədiklərini deyən Milley vəziyyəti yaxından izlədiklərini qeyd edib.

Bu barədə “BBC”-yə açıqlama verən qərargah rəisi sözlərinə bu cür ifadə edib: “Prezident Xi Jinping əvvəlki çıxışlarında Çin Xalq Azadlıq Ordusuna Tayvana hücum etmək qabiliyyətinə nail olmağı əmr etmişdi. Onların hücum edib-etməyəcəyi siyasi qərardır. Çin faydalarını, zərərlərini və xərclərini araşdıraraq buna qərar verəcək. Lakin qısa müddət üçün heç bir hücum əlaməti görmürük. Bölgəni çox yaxın izləyirik”.

Qeyd edək ki, bir müddət əvvəl Ağ Ev rəhbəri Co Bayden mümkün Çin işğalında Tayvanı hərbi yolla müdafiə edəcəyini söyləmişdi.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR