Rusiya heç kimə pislik etməyib - Patriarx Kirill
Kateqoriya məlum deyil
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill bildirib ki, Rusiya heç kimə pislik etməyib, dünya nifrət, paxıllıq və qəzəblə ona qarşı çevrilir.
Sfera.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Bu gün çoxları, o cümlədən Vətənimizə qarşı ayağa qalxır. Ancaq biz bilirik ki, Vətən heç kimə pis bir şey etməyib və onlar ona görə üsyan edirlər ki, biz pisik, əksinə, biz fərqliyik".
O əlavə edib ki, qısqanclıq, paxıllıq və qəzəb hislərinin oyanmasına səbəb Rusiyanın “özgəliyi”dir.
"Ancaq biz özümüzü dəyişə bilmərik" deyə patriarx bildirib.






