İlon Mask twitter səssizliyini pozdu: 10 gündən sonra... 

İlon Mask twitter səssizliyini pozdu: 10 gündən sonra... 

Gündə orta hesabla 4-5 tvit paylaşan amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask uzun müddətdir ki, tvit yazmırdı. 10 gündür heç bir tvit paylaşmayan İlon Mask nəhayət bu səssizliyi pozub. 100 milyondan çox izləyicisi olan məşhur iş adamı sonuncu dəfə iyunun 21-də tvit paylaşıb.

 

Sfera.az xəbr verir ki, davam edən səssizlik sona çatıb və İlon Mask iyulun 2-də 4 tvit paylaşaraq izləyicilərinin narahatlığını aradan qaldırıb.

 

O, ilk tvitində Papa ilə şəklini paylaşıb. İyunun 30-da Papa Fransisk ilə görüşüb.

 

“Papa Fransisklə görüşmək mənim üçün böyük şərəf idi”, - İlon Mask yazıb.

 

Mask pontifiklə görüşün təfərrüatlarını açıqlamayıb.

 

Fotoda Maskın dörd uşağı da var. Maskın ümumilikdə 8 uşağı var.

 

İlon Maskın ikinci tvitində 23 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişən Youtuber Technoblade-ə başsağlığı verib.

 

Gülər

Sfera.az

 

 

 

 

Sfera.az

Gülər


OXŞAR XƏBƏRLƏR