Conson Odessanın fəxri vətəndaşı oldu
Kateqoriya məlum deyil
Böyük Britaniyanın Baş naziri Boris Conson Odessanın fəxri vətəndaşı olub.
Sfera.az xəbər verir ki, bu barədə Odessa meri Gennadi Truxanov bildirib. O, Consonun Ukrayna qarşısında xidmətlərini yüksək qiymətləndirdiyini deyib:
“Boris Consonun I, II, III dərəcəli Qriqori Marazli adına fəxri nişanlarla təltif edilməsi haqqında sərəncam imzaladım”.
Merin sözlərinə görə, bununla da Conson Odessanın fəxri vətəndaşı adını alıb.






