"ABŞ lazım olduğu qədər bizi dəstəkləyəcək" - Zalujnı
Kateqoriya məlum deyil
"ABŞ lazım olduğu qədər Ukraynanı dəstəkləyəcək".
Sfera.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Millli ilə telefon söhbəti barədə danışarkən deyib.
"Müdafiə və əks-hücum əməliyyatlarımızın uğurunun vacib şərti müvafiq maddi-texniki resursların təmin edilməsidir. Biz göstərilən köməyə görə minnətdarıq və tərəfdaşlarımızdan gələcək yardımı səbirsizliklə gözləyirik", - Zalujnı qeyd edib.






