İstilər Yaponiyada çoxlu sayda insanın ölümünə səbəb olub

İstilər Yaponiyada çoxlu sayda insanın ölümünə səbəb olub

Yaponiyanın paytaxtı Tokioda həddindən artıq istilər nəticəsində 17 nəfər ölüb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın paytaxtı Tokio və onun ətrafında 1951-ci ildən bəri müşahidə edilən ən qısa yağışlı mövsümdən və şəhərdə rekord temperaturdan sonra ölümlərin sayı artıb.

 

Tokio Yanğından Mühafizə İdarəsinin məlumatlarına görə, şəhərdə tempratur 6 gün ardıcıl olaraq 35 dərəcədən yüksək olub. Həddindən artıq istilər xüsusən yaşlı insanların sağlamlığına mənfi təsir göstərir. Proqnozlara görə ölkədə istilər davam edəcək və bu səbəbdən istivurmadan dünyasını dəyişəcək yaponiyalıların sayı artacaq.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR