“Zelenskinin ağlı başında olsaydı...” – Putinin dostu olan milyarderdən açıqlama

“Zelenskinin ağlı başında olsaydı...” – Putinin dostu olan milyarderdən açıqlama

“Formula1”in keçmiş sahibi, britaniyalı milyarder Berni Ekklstounun yaxın dostu, Rusiya prezidenti Vladimir Putinlə bağlı son açıqlaması gündəm olub.

Sfera.az bildirir ki, ingilis kanalının canlı yayımına qatılan Ekklstoun Ukrayna prezidenti Vladimir Zelenskini tənqid edib. O, keçmişdə dediyi "Putin üçün güllələnə də bilərəm”, ifadəsinin arxasında durduğunu vurğulayıb:

 

“Əvvəllər komediya ustası olan Zelenski məncə, peşəsini davam etdirmək istəyir. Hər şeyi dərindən düşünsəydi, ağlı başında olsaydı Putinlə danışmağa cəhd edərdi. Vladimirin ona qulaq asacağını düşünürəm. Ukrayna bu vəziyyətdən çıxmaq istəsəydi, edərdi”.

 

Ekklstoun həmçinin, Rusiyanın Ukraynada minlərlə insanı qəsdən öldürmədiyini iddia edib. Bu açıqlamadan sonra “Formula 1” rəhbərliyi, "Berni Ekklstounun verdiyi şərhlər onun şəxsi fikirləridir" deyə açıqlama yayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR