Logo

Bu şəhərdə çiyələk ətirli asfalt DÖŞƏNDİ

Bu şəhərdə çiyələk ətirli asfalt DÖŞƏNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın bir şəhərində çiyələk iyi verən asfalt-beton örtüyü döşənib.

Sfera.az bu barədə “İnterfaks”-a istinadən xəbər verir.

Bildirilib ki, Leninqrad vilayətinin Vsevolojsk rayonunda qeyri-adi asfalt örtüyü yaranıb.“Maqnitnaya” stansiyasından Morozov adına kəndə gedən yolun 19 kilometrlik hissəsinə 700 metr giləmeyvə ətirli asfalt örtüyü salınıb.

Yolu iyli etmək təklifini ətirli asfalt hazırlayan podratçı şirkət verib.

“Bir çoxları təmir zamanı yayılan həddindən artıq qızmış bitum qoxusunu bəyənmədiyi üçün onu sınamaq qərarına gəliblər”, - komitənin mətbuat xidmətindən bildirilib. Qeyd olunur ki, aromanın olması asfalt qarışığının keyfiyyətinə təsir etmir.(unikal)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR