“Putin hələ də ümid edir ki..” - ABŞ Milli Kəşfiyyatının direktoru

“Putin hələ də ümid edir ki..” - ABŞ Milli Kəşfiyyatının direktoru

ABŞ kəşfiyyatı Putinin hədəflərini açıqlayıb.

Sfera.az bildirir ki, ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hainesin sözlərinə görə, Rusiya prezidenti hələ də müharibənin əvvəlindəki məqsədlərinə çatmaq istəyir.

 

O, qeyd edib ki, yaxın gələcəkdə bunu reallaşdırmaq çətin göründüyü üçün müharibə uzun çəkə bilər. ABŞ Ticarət Nazirliyinin konfransında çıxış edən Haines, Putinin bu bölgədəki qısamüddətli hərbi məqsədləri ilə ordu tutumunun üst-üstə düşməyəcəyini də əlavə edib.

 

Qurum rəsmisi həmçinin qeyd edib ki, kəşfiyyat agentliyi müharibənin necə sona çatacağına dair üç ssenari nəzərdə tutur: “Ehtimal ki, müharibə Rusiyanın tədrici uğurlar əldə edəcəyi formada davam edəcək. Daha az gözlənilən digər ssenarilər isə Rusiyanın böyük irəliləyişi və ya Ukraynanın cüzi qazanclar əldə edərək cəbhə xəttini sabitləşdirməsidir. Bu, Moskvanın kiberhücumlardan, enerji mənbələrinə nəzarət cəhdlərindən və hətta nüvə silahlarından daha çox asılı olduğunu deməyə əsas verə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR