Logo

Daha bir ölkədə meymunçiçəyi virusuna yoluxma AŞKARLANDI

Daha bir ölkədə meymunçiçəyi virusuna yoluxma AŞKARLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Estoniyada ilk meymunçiçəyi xəstəliyinə yoluxma halı aşkarlanıb.

Sfera.az "Delfi"yə istinadla xəbər verir ki, bBu barədə Səhiyyə Departamenti məlumat yayıb.Bildirilib ki, xəstə orta yaşlı kişidir və o, xaricdə xəstəliyə yoluxub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda 48 ölkədə 3,2 min meymunçiçəyinə yoluxma hadisəsi var. Bir xəstə dünyasını dəyişib.

Avropa İttifaqı meymunçiçəyinə qarşı ilk peyvəndləri alıb.

Meymunçiçəyi 1980-ci ildə rəsmən məhv edildiyi elan edilmiş çiçək xəstəliyinə bənzəyir. Yoluxmuş insanların əksəriyyəti bir neçə həftə ərzində sağalır, lakin bəzən ağırlaşmalar ölümcül ola bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR