Logo

"Atımın yanında dəfn edin dedim, amma..." - Cüneyt Arkının vəsiyyəti açıqlandı 

"Atımın yanında dəfn edin dedim, amma..." - Cüneyt Arkının vəsiyyəti açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türk kinosunun əfsanəvi simalarından olan Cüneyt Arkın dünən axşam saatlarında evində halı pisləşərək xəstəxanaya aparılıb.

Sfera.az xəbər verir ki, bütün cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölümündən sonra aktyorun vəsiyyəti ortaya çıxıb.

Cüneyt Arkın daha əvvəl Bilal Özcanın “Laf aramızda” proqramında iştirak etmiş və söhbət zamanı qazandığı pulla heç vaxt sərmayə etmədiyini demişdi: “Pulun, şöhrətin qədrini bilmədik. Uzun ömür yaşasam, səfalət içində qala bilərəm, ölə bilərəm”.

Atlara xüsusi marağı ilə tanınan Cüneyt Arkın proqramda vəsiyyətini açıqlayıb:

“Atım Həsrətimin yanında dəfn olunmaq istədim. Amma sonra səhv başa düşüləcəyindən qorxdum. “Məni valideynlərimin yanında dəfn edin”, dedim”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR