Medvedev Üçüncü Dünya Müharibəsi ilə HƏDƏLƏDİ

Medvedev Üçüncü Dünya Müharibəsi ilə HƏDƏLƏDİ

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yenə hədə dolu açıqlamalar verib.

Sfera.az bildirir ki, “Arqumenti i faktı” xəbər saytına danışan Medvedev ölkəsinin qırmızı xəttindən söz açıb. O, fikirlərini bu cür ifadə edib:

 

“Bizim üçün Krım Rusiyanın bir hissəsidir. Krıma təcavüz ölkəmizə qarşı müharibə elan etməkdir. Əgər bunu NATO üzvü olan bir ölkə edərsə, bu, bütün Şimali Atlantika Alyansı ilə münaqişə, Üçüncü Dünya Müharibəsi deməkdir. Tam bir fəlakətdir".

 

İsveç və Finlandiyanın mümkün NATO üzvlüyündən danışan Dmitri, Rusiyanın cavab addımlarına hazır olduğunu bildirib. O, bu addımlar arasında adı çəkilən ölkələrin sərhədlərinə "İskəndər" hipersəs raketlərinin yerləşdirilmə ehtimalını da vurğulayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR